Dilqəm Əhməd fəxri fərmana layiq görülüb


Tarixçi və araşdırmaçı Dilqəm Əhməd fəxri fərmana layiq görülüb.

AFN.az xəbər verir ki, o, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təltif edilib.

Mükafat Azərbaycan Mədəniyyət Mərkəzinin “Tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində həyata keçirilən araşdırma layihəsində göstərdiyi xidmətlərə görə təqdim olunub.

Xüsusilə azərbaycanlı ictimai və elm xadimi Əhməd bəy Ağaoğlu irsinin geniş şəkildə araşdırılması və hazırlanmış “Doğu ile Batı arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu” kitabına verdiyi töhfələr yüksək qiymətləndirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu