Fransa müsəlmanların illik görüşünü qadağan etdi



Paris Polis İdarəsi bu il 40-cı dəfə keçirilməsi planlaşdırılan Fransadakı Müsəlmanların İllik Görüşləri tədbirini ölkədə terror təhlükəsi riskinin yüksək olması səbəbi ilə qadağan edib.

AFN.az xəbər verir ki, tədbirin 3-6 aprel tarixlərində Parisin Le Bourget qəsəbəsində keçirilməsi nəzərdə tutulurdu.

Paris Polis İdarəsininin sosial media hesabından verilən məlumatda bildirilib ki, Fransanın daxili işlər naziri Loran Nunyezin təlimatı ilə Parisin polis rəisi Patris For sözügedən tədbirin qadağan edilməsi barədə qərar qəbul edib. Açıqlamada bu qərarın artan gərginlik və yüksək terror təhlükəsinin ön plana çıxdığı milli və beynəlxalq kontekstdə qəbul edildiyi qeyd edilib.

Tədbirin təşkilatçısı olan Fransa Müsəlmanları Federasiyasının vəkili Sefen Guez Guez isə polis idarəsinin bu addımını müsəlman icmasını qorumaq bəhanəsi ilə atdığını, lakin bu əsaslandırmanın tamamilə saxta olduğunu vurğulayıb. Federasiya adından tədbirin qadağan edilməsinə qarşı Paris İnzibati Məhkəməsinə müraciət edilib.

Le Bourget şəhərində 1984-cü ildən bəri təşkil edilən bu mötəbər tədbirə bu il ölkə daxilindən geniş iştirak gözlənilirdi. Qeyd edək ki, sözügedən görüşlər 2020-2025-ci illər arasında baş tutmamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu