KİV: Çindən İrana daşınan xammalla 800-ə yaxın yeni raket istehsal edilə bilər



"The Telegraph" qəzetinin yaydığı məlumata görə, İranın ballistik raket arsenalındakı kritik çatışmazlıqları aradan qaldırmaq üçün Çindən yola düşən və sanksiya siyahısında olan nəhəng gəmilərin yüzlərlə raket istehsalına kifayət edəcək xammalı İran limanlarına çatdırdığı müəyyən edilib.

AFN.az xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzetinin araşdırmasına görə, Çinin Juhay bölgəsindəki Qaolan limanından hərəkət edən beş nəhəng gəmi İranın raket proqramı üçün həyati əhəmiyyət kəsb edən logistik körpü yaradıb. Aralarında "Hamouna", "Barzin", "Shabdis" və "Rayen"in də olduğu dörd gəmi artıq limanlara yan alıb.

Sözügedən gəmilərin bərk yanacaqlı ballistik raketlərin istehsalında əsas komponent olan natrium-perxlorat maddəsi daşıdığı ehtimal olunur. Ekspertlər gətirilən xammalın təxminən 785 ədəd yeni ballistik raket istehsalına imkan verəcəyini proqnozlaşdırırlar. Bu, ağır bombardman altında olan Tehranın ay ərzində gündə 10-dan 30-dək raket atmağa davam edə bilməsi mənasına gəlir.

Sanksiya siyahısında yer alan İran Dövlət Gəmiçilik Xətlərinə (IRISL) məxsus bu gəmilər beynəlxalq təqibdən yayınmaq üçün izləmə sistemlərini söndürərək təyinat nöqtələrini "Vyetnam" kimi göstəriblər. ABŞ kəşfiyyatı xəbərdarlıq edir ki, bu xammal axını bölgədəki münaqişənin müddətinə və şiddətinə birbaşa təsir edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu