Avstraliyalı keçmiş hərbçi müharibə cinayəti iddiası ilə saxlanılıb



Avstraliyanın sağ olan ən çox medal sahibi, keçmiş hərbçi Ben Roberts-Smit Əfqanıstanda müharibə cinayətləri törətdiyi iddiası ilə saxlanılıb.

AFN.az xəbər verir ki, Avstraliya Federal Polisi (AFP) 47 yaşlı Roberts-Smitin Sidney hava limanında saxlanıldığını və ona qarşı rəsmi ittihamların irəli sürüldüyünü bildirib. Açıqlamada qeyd olunub ki, o, 2009-2012-ci illər ərzində Əfqanıstanda xidmət edərkən silahsız şəxsləri öldürdüyü iddiası ilə beş fərqli cinayət faktı üzrə mühakimə olunacaq və bu maddələr üzrə ən ağır cəza ömürlük həbsdir.

İstintaq çərçivəsində indiyədək 53 müxtəlif dosye açılsa da, onlardan 39-da kifayət qədər sübut olmadığı üçün araşdırmalar dayandırılıb, 10 dosye üzrə isə proses hələ də davam edir. Avstraliyanın ən yüksək hərbi nişanı olan "Viktoriya Xaçı"nın sahibi Roberts-Smit 2013-cü ildə ordudan ayrılmışdı. Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyi tərəfindən 2020-ci ildə hazırlanan hesabatda 39 əfqan mülki vətəndaşın hərbçilər tərəfindən qəsdən öldürüldüyü üzə çıxmışdı.

Qeyd edək ki, 2023-cü ildə keçmiş hərbçi haqqında müharibə cinayəti xəbərləri yayan media qurumlarına qarşı qaldırdığı böhtan davasını uduzmuşdu.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu