İsrail mediası: Növbəti 24 saat İrana hücumların ən həlledici mərhələsi olacaq
İsrail mətbuatına danışan mənbələr növbəti 24 saatın İrana qarşı hərbi əməliyyatların ən kritik dövrü olacağını iddia ediblər.
AFN.az xəbər verir ki, həmin mənbələr "əgər qərar İranın siyasi rəhbərliyinə qalsaydı, çoxdan atəşkəs elan edilərdi, lakin onların hazırda ölkədə nəzarəti təmin edib-edə bilmədikləri sual altındadır" iddiasını irəli sürüblər. ABŞ Prezidenti Donald Tramp aprelin 5-də sosial media hesabından etdiyi paylaşımda Tehran rəhbərliyini kəskin tənqid edərək, İranın 48 saat ərzində razılaşma əldə etməyəcəyi təqdirdə aprelin 7-də ölkənin elektrik stansiyalarını və körpülərini vuracağını bəyan etmiş, eyni zamanda Hörmüz boğazını açmağa çağırmışdı.
Sözügedən möhləti daha sonra aprelin 8-nə qədər uzatdığını duyuran Tramp dünənki açıqlamasında isə razılaşma təmin olunmasa, İranı bir gecədə məhv edə biləcəklərini iddia edib. Hazırda bölgədə gərginlik pik həddə çatarkən, İsrail tərəfi növbəti bir sutka ərzində hadisələrin gedişatının müharibənin taleyini müəyyənləşdirəcəyini vurğulayır.
Beynəlxalq müşahidəçilər aprelin 8-nə təyin olunan son müddətin yaxınlaşması ilə bağlı diplomatik səylərin hələ də davam etdiyini, lakin hərbi hazırlıqların da ən yüksək səviyyəyə çatdırıldığını qeyd edirlər.
