"The Economist": ABŞ və İsrail İranın raket potensialını düzgün qiymətləndirməyiblər



Böyük Britaniyada nəşr olunan "The Economist" jurnalı ABŞ və İsrail kəşfiyyatının İranın illər ərzində formalaşdırdığı raket potensialını lazımi səviyyədə qiymətləndirmədiyini və məhv edilən raketlərin sayını isə şişirtdiyini yazıb.

AFN.az xəbər verir ki, nəşrin məqaləsində ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibədə Tehranın cavab zərbəsi imkanlarına dair analizlər yer alıb.

Yazıda qeyd olunur ki, hər iki ölkənin kəşfiyyat xidmətləri Tehranın illər ərzində istehsal etdiyi raketlərin sayını az hesab ediblər, eyni zamanda müharibənin ilk həftələrində və 2025-ci ilin iyununda həyata keçirilən hücumlarda sıradan çıxarıldığı deyilən raketlərin sayını isə həddindən artıq çox göstəriblər. Məqalədə vurğulanır ki, İsrailin raketləri havada zərərsizləşdirmə göstəricisi hələ də yüksəkdir, can itkisi və dağıntılar məhdud səviyyədədir, lakin İranın raketlərinin və ya buraxılış qurğularının azaldığına dair heç bir əlamət yoxdur.

Çox az sayda israillinin İranın raket ehtiyatının bu qədər dözümlü olacağını gözlədiyi qeyd edilən xəbərdə, ABŞ və İsrailin İranın müxtəlif nöqtələrinə yerləşdirilmiş raket qurğularını havadan hədəf almaq üçün təyyarələrini uzun müddət uçura bilmədiklərinə diqqət çəkilib. Bildirilir ki, İran raket buraxılış qurğularının bir hissəsini hələ də yerin altında saxlayır.

İsrailli analitiklər hesab edirlər ki, atəşkəs elan edildiyi təqdirdə İran hələ də raket buraxma qabiliyyətini qoruyub saxlamış olacaq və bu potensial rejimin müharibədən sonrakı qələbə təbliğatında, eləcə də qonşularına qarşı güc nümayişində mərkəzi rol oynayacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu