ABŞ-da Trampın vəzifədən uzaqlaşdırılması çağırışı edilib



ABŞ-da bəzi Demokrat siyasətçilər ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, İrana yönəlmiş hücumlar və təhdidlər səbəbilə Prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması barədə çağırış ediblər.

AFN.az xəbər verir ki, amerikalı demokrat senator Ed Marki sosial media hesabı vasitəsilə mövzu ilə bağlı videopaylaşım edib.

Müharibə səlahiyyətləri qərarının kifayət etmədiyini və İrandakı bu qeyri-qanuni müharibəni dayandırmalı olduqlarını bildirən Marki, Trampın impiçmentinin ən prioritet məsələ olduğunu və Ağ Evdə müharibə cinayətkarı istəmədiklərini vurğulayıb. Senator Nümayəndələr Palatasının Donald Trampa qarşı impiçment maddələrini müzakirə edib qəbul etmək üçün toplanmalı olduğunu, ardınca isə Senatın onu vəzifədən uzaqlaşdırmalı olduğunu qeyd edib.

Nümayəndələr Palatasının demokrat üzvü Set Moulton da paylaşımında ABŞ və İran arasındakı müvəqqəti atəşkəsə rəğmən Trampın cinayət işlədiyini müdafiə edib. Moulton Konqresin fəaliyyətini bərpa etməli olduğunu və ölkəyə, eləcə də dünyaya daha çox zərər vermədən prezidentin vəzifəsindən kənarlaşdırılmalı olduğunu bildirib.

Digər demokrat üzv Aleksandriya Okasio-Kortez isə prezidentin İran xalqına qarşı soyqırım təhdidi etdiyini irəli sürərək, onun istər kabineti, istərsə də Konqres tərəfindən vəzifədən azad edilməli olduğunu qeyd edib. Nümayəndələr Palatasının üzvü Con Larson da mövzu ilə bağlı açıqlamasında Trampın İranda apardığı qeyri-qanuni müharibənin həm amerikalı ailələr üçün qiymətləri artırdığını, həm də insanların həyatına son qoyduğunu bildirərək, prezidentə qarşı impiçment maddələri təqdim etdiyini açıqlayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu