Zelenski: Ukrayna dəfələrlə qarşılıqlı addımlar atmağa hazır olduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Pravoslav Pasxası münasibətilə müvəqqəti atəşkəs elan etməsini şərh edib.
AFN.az xəbər verir ki, dövlət başçısı Ukraynanın hər zaman qarşılıqlı addımlar atmağa hazır olduğunu vurğulayıb.
Zelenski sosial media hesabı vasitəsilə etdiyi paylaşımda Putinin 11 aprel yerli vaxtla saat 16:00-dan 12 aprelin sonuna qədər davam edəcək atəşkəs qərarını dəyərləndirərkən xatırladıb ki, rəsmi Kiyev daha əvvəl də Pasxa bayramı üçün Rusiyaya atəşkəs təklif etmişdi.
O qeyd edib ki, Ukrayna tərəfi bu təklifinə sadiq qalaraq müvafiq addımlar atacaq və bu atəşkəs rejiminin hərbi toqquşmaların dayandırılması üçün bir fürsət ola biləcəyini düşünür.
Zelenskinin sözlərinə görə, insanların təhlükədən uza, sülhə doğru real irəliləyişin olduğu bir bayrama ehtiyacı var və bu proses Rusiyanın Pasxadan sonra yenidən hücumlara qayıtmaması üçün bir şansdır.

