ABŞ Dövlət Departamenti: İsrail-Livan görüşləri gələn həftə keçiriləcək



ABŞ Dövlət Departamenti İsrail və Livan nümayəndə heyətləri arasında birbaşa danışıqların gələn həftə Vaşinqtonda keçiriləcəyini təsdiqləyib.

AFN.az xəbər verir ki, departament rəsmilərinin yaydığı bəyanatda iki ölkə arasındakı atəşkəs müzakirələri çərçivəsində baş tutacaq görüşlərə ABŞ paytaxtının ev sahibliyi edəcəyi bildirilib.

Amerika mediasında yer alan məlumatlara görə, müzakirələrdə ABŞ heyətinə Livandakı səfir Mişel İssa rəhbərlik edəcək.

Görüşlərdə İsraili Vaşinqtondakı səfiri Yexiel Leiter, Livanı isə səfir Nada Hamadeh-Moavad təmsil edəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu