Avstraliya onlayn platformarından şəffaflıq hesabatı tələb etdi



Avstraliya "Roblox", "Minecraft", "Fortnite" və "Steam" oyun platformalarından onlayn mühitlərdəki təhlükələri necə təsbit etdikləri, qarşısını aldıqları və müdaxilə etdiklərinə dair şəffaflıq hesabatı təqdim etmələrini tələb edib.

AFN.az xəbər verir ki, "eSafety" Komissiyasının internet saytından verilən açıqlamaya görə, onlayn platformalarda təhlükəsizlik qayğılarının artması səbəbindən sözügedən oyun nəhənglərinə rəsmi xəbərdarlıq göndərilib.

"Roblox", "Minecraft", "Fortnite" və "Steam" tətbiqlərinə ünvanlanan xəbərdarlıqda kiber-zorakılıq, onlayn nifrət nitqi və istismar daxil olmaqla rəqəmsal təhlükələrin müəyyən edilməsi və onlara qarşı görülən tədbirlər barədə ətraflı məlumat istənilib.

Avstraliyanın "eSafety" komissarı Culi İnman Qrant bildirib ki, oyun və ya ünsiyyət xidmətləri təklif edən bu platformalar uşaqlar ilə cinayətkar niyyətli şəxslər arasında ilk təmas nöqtəsi ola bilər. O vurğulayıb ki, şirkətlər bu risklərin idarə olunmasında daha şəffaf fəaliyyət göstərməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu