Rza Təlayi Nik: Raket gücünün mühüm hissəsindən istifadə olunmayıb



İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayi Nik ABŞ-İsrail hücumları zamanı ölkəsinin raket gücünün böyük bir hissəsinin tətbiq edilmədiyini bildirib. 

AFN.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Təlayi Nik qatıldığı televiziya proqramında ölkəsinin hərbi potensialı ilə bağlı qiymətləndirmələr aparıb.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı müharibədə məğlub olduğunu və sözügedən ölkələrin İranla bağlı qarşıya qoyduqları hədəflərə çata bilmədiyini müdafiə edən Təlayi Nik, ölkəsinin uzun illərdir raket texnologiyaları üzərində çalışdığını vurğulayıb.

Təlayi Nik qeyd edib ki, hazırda İranda yerli imkanlar hesabına müxtəlif sahələrdə 1000-dən çox silah növü istehsal edilir.

Sözçünün sözlərinə görə, müharibə zamanı bəzi obyektlər zərər görsə də, silah istehsalı prosesi dayanmayıb və mövcud raket arsenalının mühüm hissəsi hələ də ehtiyatda saxlanılır.

İranlı rəsmi həmçinin iddia edib ki, ölkəsinin müdafiə və hücum qabiliyyəti məhv edilməyib, əksinə, bu müddət ərzində daha da güclənib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu