ABŞ İranın ali rəhbərinin sağ olduğunu iddia edir
ABŞ-ın dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib ki, rəsmi Vaşinqton İranın ali rəhbəri Müctəba Xameneinin sağ olması faktından çıxış edir.
AFN.az xəbər verir ki, Rubio əksini sübut edəcək hər hansı dəlilin olmadığını və tərəflərin onun sağ olduğunu təsdiqlədiklərini deyib.
Xatırladaq ki, aprelin əvvəlində "The Times" qəzeti kəşfiyyat məlumatlarına istinadən ali rəhbərin müalicə aldığını və qərar qəbul etmə prosesində iştirak etmədiyini iddia etmişdi.
Fevralın 28-dən başlayan hərbi əməliyyatlar və aprelin 11-də İslamabadda keçirilən nəticəsiz danışıqlar fonunda bu məsələ xüsusi aktuallıq kəsb edir.
