İsrail Livanın cənubundakı 16 kəndin sakinlərini evlərini tərk etməyə çağırıb
İsrail hərbçiləri Livanın cənubundakı Nəbatiyə əyalətində yerləşən 16 yaşayış məntəqəsinin sakininə gözlənilən hava zərbələri ilə əlaqədar təcili təxliyə xəbərdarlığı edib.
AFN.az-ın xəbərinə görə, İsrail ordusunun ərəbdilli sözçüsü Avixay Edri "X" platformasında bildirib ki, "Hizbullah" qruplaşması həmin kəndlərdən hərbi məqsədlər üçün istifadə edərək atəşkəs razılaşmasını pozur.
Sakinlərə təhlükəsizlik üçün dərhal evlərini tərk edib Sayda şəhəri istiqamətinə getmək tövsiyə olunub. Eyni zamanda, "Lebanon 24" portalı İsrail aviasiyasının artıq bir neçə rayona zərbələr endirdiyini, bəzi ərazilərin isə fosforlu mərmilərlə atəşə tutulduğunu iddia edib.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, çərşənbə axşamına keçən gecə baş verən hücumlarda 4 nəfər həlak olub, aralarında qadın və uşaqların da olduğu 50-dən çox insan yaralanıb.

