ABŞ Ədliyyə Nazirliyi FTB-nin eks-rəhbərinə qarşı yenidən ittiham irəli sürüb


ABŞ Ədliyyə Nazirliyi Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komiyə qarşı təkrar ittiham irəli sürüb.

AFN.az CNN-ə istinadən xəbər verir ki, prezident Donald Tramp Komini hüquq sistemindən ona qarşı istifadə etməyə çalışan əsas simalardan biri hesab edir.

İttihamların təfərrüatları hələlik tam açıqlanmasa da, prosesin icraçı baş prokuror Todd Blanş tərəfindən sürətləndirildiyi bildirilir. Məlumata görə, yeni ittihamnamə Komini keçən il sosial şəbəkədə paylaşdığı və Trampa qarşı təhdid kimi qiymətləndirilən fotoya görə hədəf alır. Həmin fotoda çimərlikdə balıqqulaqları ilə düzülmüş "86 47" rəqəmləri əks olunmuşdu ki, bu da Tramp tərəfdarları tərəfindən "47-ci prezidenti (Trampı) aradan götürmək" şifrəsi kimi yozulmuşdu.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında Komiyə qarşı Konqresə yalan məlumat vermə ittihamı irəli sürülsə də, həmin vaxt iş prosessual qaydalara görə – prokurorun təyinatındakı hüquqi qüsurlar səbəbindən bağlanmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu