Zelenski Lukaşenkonun oğullarına qarşı sanksiya tətbiq etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun oğulları Viktor və Dmitri Lukaşenkoya qarşı 10 illik sanksiya tətbiq edib.

AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq fərmanla təsdiqlənən siyahıda Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko da daxil olmaqla ümumilikdə 16 fiziki şəxs yer alıb.

Sanksiyalar təkcə fiziki şəxslərlə məhdudlaşmır. Belarusun bir sıra mühüm zavod və müəssisələrinə, o cümlədən "Minsk Termoplast", müxtəlif mülki aviasiya zavodları və hərbi-sənaye kompleksi ilə əlaqəli qurumlara qarşı da iqtisadi məhdudiyyətlər qüvvəyə minib.

Məhdudiyyətlər aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması və Ukrayna ərazisindən tranzitin qadağan edilməsini nəzərdə tutur. Qeyd edək ki, bu addım Ukraynanın Rusiyanın hərbi təcavüzünə dəstək verən tərəflərə qarşı apardığı genişmiqyaslı sanksiya siyasətinin bir hissəsidir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu