ABŞ: İki hərbçimiz yoxa çıxdı, hər yerdə axtarırıq



ABŞ Afrika Komandanlığı (AFRICOM) Mərakeşdə keçirilən beynəlxalq birgə təlimlər zamanı iki amerikalı hərbçinin itkin düşdüyünü açıqlayıb.

AFN.az xəbər verir ki, rəsmi məlumata əsasən, əsgərlər ölkənin cənub-qərbində reallaşdırılan "African Lion 2026" manevrlərində iştirak edirdilər.

Hadisə mayın 2-də Mərakeşin Tan-Tan şəhəri yaxınlığındakı "Cap Draa" təlim poliqonu ətrafında baş verib. AFRICOM itkin düşən hərbçilərin tapılması üçün dərhal koordinasiya edilmiş axtarış-xilasetmə əməliyyatına başlanıldığını elan edib.

Əməliyyata Mərakeş təhlükəsizlik qüvvələri ilə yanaşı, təlimlərdə iştirak edən digər ölkələrin bölmələri də dəstək verir. Qeyd edək ki, 40-dan çox ölkədən 5 min 600-dən artıq hərbçinin qatıldığı "African Lion 2026" regionun ən genişmiqyaslı hərbi təlimlərindən biri hesab olunur.

Hələlik hərbçilərin hansı şəraitdə yoxa çıxdığı barədə təfərrüatlı məlumat verilmir. Bölgədə hava və quru elementləri vasitəsilə intensiv axtarışlar davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu