Tramp: İranın yeni təklifi mənim üçün qəbulolunmazdır
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəslə bağlı təqdim etdiyi 14 bəndlik yeni təklifini rədd edib.
AFN.az xəbər verir ki, İsrailin "Kan" televiziyasına danışan Tramp, sənədi araşdırdığını və onun qətiyyən qəbulolunmaz olduğunu bildirib.
Tramp həmçinin İsrailin korrupsiyada ittiham olunan baş naziri Benyamin Netanyahunun əfv edilməsi barədə çağırışını təkrarlayıb. O qeyd edib ki, Netanyahu diqqətini məhkəmə işlərinə deyil, müharibəyə yönəltməlidir.
