Brezilyada təyyarə binaya çırpılıb: Çox sayda yaralı var
Brezilyada kiçik mühərrikli təyyarənin yaşayış binasına çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, hadisə ölkənin Minas-Jerays ştatının Belo-Orizonti şəhərində baş verib.
Qəza nəticəsində təyyarənin pilotu və 3 sərnişini ağır yaralanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə çox sayda yanğınsöndürən və təcili yardım briqadası cəlb olunub. Hazırda faktla bağlı araşdırmalar davam edir.


