Rusiya Ukrayna üzrə ABŞ nümayəndə heyətini qəbul etməyə hazırdır - Peskov


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Donald Trampın Ukrayna böhranının nizamlanması üçün Moskvaya nümayəndə heyəti göndərmək təklifinə münasibət bildirib. Kreml rəsmisi qeyd edib ki, hazırda bu məsələ ilə bağlı konkret plan olmasa da, Rusiya belə bir heyəti qəbul etməyə hər zaman hazırdır.

"Hələlik bu barədə hər hansı konkretlik yoxdur, lakin təbii ki, Rusiya bunu etməyə həmişə hazırdır", – deyə Peskov jurnalistlərin suallarına cavab verərkən vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Ukrayna münaqişəsinin sona çatmasına kömək edəcəyi təqdirdə Moskvaya nümayəndə heyəti göndərə biləcəyini bəyan etmişdi. O, həmçinin bu müharibənin başa çatdığını görmək istədiyini və tərəflərin hər gün bu hədəfə daha da yaxınlaşdığını qeyd etmişdi.

2026-cı ilin əvvəlindən ABŞ, Rusiya və Ukrayna arasında birbaşa və vasitəçili danışıqlar aparılsa da, Vaşinqtonun İranla müharibəyə diqqət ayırması səbəbindən üçtərəfli format bir müddət fasiləyə uğramışdı. Hazırda tərəflər arasında Qələbə Günü münasibətilə mayın 9-dan 11-dək üçgünlük atəşkəs rejimi qüvvədədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu