Putin və Zelenski arasında görüş mümkündür – Peskov

Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında şəxsi görüş mümkündür, lakin bu, müxtəlif mövzularda Moskva-Kiyev danışıqlarının nəticəsi olmalıdır.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, belə görüşün fundamental mümkünlüyü ilə bağlı mövqedə heç bir dəyişiklik yoxdur.
"Ancaq belə bir görüş iki nümayəndə heyəti arasında müxtəlif mövzular üzrə konkret razılaşmaların nəticəsi olmalıdır", - deyə Peskov vurğulayıb.