Tramp Hörmüz boğazında əməliyyatın bərpa oluna biləcəyini bəyan edib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlarda irəliləyiş olmasa, ABŞ gəmilərin Hörmüz boğazından tranzitini təşkil etmək üçün “Project Freedom” (“Azadlıq layihəsi”) əməliyyatını bərpa edə bilər.

AFN.az xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı o, “Heç nə baş verməsə, biz “Project Freedom”a qayıda bilərik, lakin bu, artıq “Project Freedom plyus” olacaq”, - deyə qeyd edib.

ABŞ “Project Freedom” əməliyyatına mayın 4-də başlamışdı, lakin ertəsi gün Amerika prezidenti onun müvəqqəti dayandırıldığını elan etdi. O bildirmişdi ki, Pakistan və bir sıra digər ölkələrin xahişi ilə təşəbbüsü pauzaya qoymağa razılaşıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu