Tramp: Pakistan "Project Freedom" əməliyyatının dayandırılmasını xahiş edib


Pakistan rəhbərliyi hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalan gəmilərin müşayiət olunmasını nəzərdə tutan "Project Freedom" ("Azadlıq layihəsi") əməliyyatının müvəqqəti dayandırılmasını istəyib.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. Ağ Ev rəhbəri Pakistan tərəfinin bu xahişini İranla aparılan danışıqlar prosesi ilə əlaqələndirdiyini və İslamabadın bu məsələdə müsbət rol oynadığını vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ zərurət yaranacağı təqdirdə əməliyyatı yenidən bərpa edəcək. Xatırladaq ki, "The Wall Street Journal" daha əvvəl Trampın bu qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığından sonra verdiyini yazmışdı.

Məlumata görə, vəliəhd şahzadə bölgədəki gərginliyin artmasından narahatlıq ifadə edib və hərbi müşayiət əməliyyatının diplomatik yolların açılmasına mane ola biləcəyini diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu