ABŞ və İranın Pakistandakı danışıqları gələn həftə bərpa oluna bilər
Vaşinqton və Tehran arasında danışıqların yeni raundu gələn həftə İslamabadda baş tuta bilər.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hazırda ABŞ və İran vasitəçilərlə birlikdə gərginliyin azaldılması və hərbi əməliyyatların başa çatması üzrə bir ay ərzində aparılacaq danışıqların şərtlərini müəyyən edən anlaşma memorandumu üzərində işləyirlər.
Nəşrin yazdığına görə, danışıqlar gələn həftə İslamabadda bərpa oluna bilər. Əgər tərəflər müzakirələrdə irəliləyişə nail olsalar, ilkin bir aylıq müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər.
