ABŞ-İran arasında növbəti danışıqlar gələn həftənin sonunda baş tuta bilər
ABŞ və İran arasında danışıqların ikinci raundu böyük ehtimalla gələn həftənin sonunda Pakistanın paytaxtı İslamabadda keçiriləcək.
AFN.az "Geo" telekanalına istinadən xəbər verir ki, Amerika nümayəndə heyətinə yenidən vitse-prezident Ceyms Devid Vens rəhbərlik edəcək.
Heyətin tərkibinə həmçinin xüsusi elçi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni, sahibkar Cared Kuşnerin də daxil olacağı gözlənilir. İran tərəfini isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Araqçı təmsil edəcək. Pakistan rəsmilərinə artıq təhlükəsizlik və təşkilati tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
