İsrail ABŞ-dan İranın nüvə proqramından imtina etməsini tələb edir
İsrail ABŞ-dan İranla bağlana biləcək potensial sazişdə Tehranın nüvə proqramından tamamilə imtina etməsinin nəzərdə tutulmasını tələb edir.
AFN.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonu məlumatlandırıb ki, nüvə proqramının ləğvini nəzərdə tutmayan istənilən saziş qeyri-kafi olacaq. Mənbələr həmçinin qeyd edirlər ki, İsrail tərəfi ABŞ ilə İrandakı enerji obyektlərinə zərbələr də daxil olmaqla, potensial eskalasiya variantlarını müzakirə edib.
Məlumata görə, İsrail rəhbərliyi ABŞ-ı danışıqlar prosesini uzatmamağa və daha qətiyyətli addımlar atmağa inandırmağa çalışır.

