Dövlət şirkətinə direktor təyin edildi


Elxan Əzizov “AzInTelecom” MMC-nin baş direktoru təyin edilib.

AFN.az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə məlumat şirkətdən təsdiqlənib. Qeyd edək ki, E.Əzizov bu vaxta qədər qurumda baş direktor vəzifəsinin müvəqqəti icraedicisi olub.

Xatırladaq ki, ötən ilin oktyabr ayında “AzInTelecom”un idarəetmə strukturunda dəyişiklik edilib. Bununla qurum kollektiv idarəetmə formasından fərdi idarəetmə sisteminə keçib. Yeni struktura əsasən qurumda İdarə Heyəti, İdarə Heyətinin sədri və onun üzvləri vəzifələri ləğv edilib. Nəticədə İdarə Heyətinin sədri vəzifəsi baş direktor vəzifəsi ilə əvəzlənib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu