Yunanıstandan borcları əvəzində Akropolun satılması istənilib



Avropa Komissiyasının keçmiş sədri Jan-Klod Yunker Yunanıstanın iqtisadi böhranının ən gərgin dövründə adı açıqlanmayan bir Avropa İttifaqı ölkəsinin maliyyə nazirinin borcların bağlanması üçün Akropolun satışa çıxarılmasını təklif etdiyini iddia edib.

AFN.az xəbər verir ki, "Skai TV" kanalında yayımlanan "Sto Xiliosto" sənədli filmində danışan Yunker bu təklifin Avroqrup iclası zamanı səsləndirildiyini müdafiə edib.

Təklifin real, yoxsa məcazi mənada edildiyinə dair təfərrüat verməyən Yunker həmin şəxsin adını açıqlamasa da, təklif müəllifinin qadın olduğunu qeyd edib.

2005-2013-cü illər arasında Avroqrupa rəhbərlik edən Yunker həmin anları xatırlayarkən bildirib ki, bəzi nazirlərin vəsait tapmaq üçün Akropolun satılmasını təklif etməsi qarşısında onlara "Sakit olun" deyərək reaksiya verib.

Yunker bu faktı Yunanıstanın 2009-cu ildə böhran vəziyyətindən əvvəl büdcə kəsirlərini aşağı göstərməsinin nə dərəcədə ağır nəticələr doğurduğunu vurğulamaq üçün paylaşıb.

Yunanıstanın statistik məlumatlarla bağlı səhvini etiraf etməsindən sonra böyük etibar itkisi yaşadığını ifadə edən Yunker bunun ən böyük xəta olduğunu vurğulayıb.

Onun sözlərinə görə, digər tərəfdaşları yanıltdığını qəbul etdikdən sonra Yunanıstana inam tamamilə sarsılıb və məhz bu etimadsızlıq mühiti hər kəsə Yunanıstan haqqında ağlına gələn artıq fikirləri səsləndirmək imkanı verib.

Yunker krizis dövründə yaşanan bu cür yanaşmaların etibarın itirildiyi mühitlərdə təkliflərin nə qədər qeyri-etik həddə çata biləcəyini diqqətə çatdırıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu