Sançesdən Yamala dəstək: Milyonlarla ispalıyalının hiss etdiyini ifadə edib
İspaniya Baş naziri Pedro Sançes liqa çempionluğu qeyd etmələri zamanı Barselona küçələrində Fələstin bayrağı dalğalandırdığı üçün İsrailin müdafiə naziri İsrael Kats tərəfindən tənqid edilən Mərakeş əsilli İspaniya milli futbolçusu Lamin Yamala dəstək verib.
AFN.az xəbər verir ki, Sançes "X" sosial şəbəkə hesabından etdiyi paylaşımda israilli naziri hədəf alaraq ona sərt cavab verib.
Sançes bir dövlətin bayrağını dalğalandırmağı nifrət qızışdırmaq kimi görənlərin ya ağıllarını itirdiklərini, ya da öz utanc hissləri ilə kor olduqlarını bildirib. O qeyd edib ki, Lamin Yamal milyonlarla ispanyalının hiss etdiyi Fələstinlə həmrəyliyi ifadə edib və bunun da onunla fəxr etmək üçün daha bir səbəb olduğunu yazıb.
Qeyd edək ki, "Barselona"nın liqa çempionluğunu elan etməsindən sonra 11 mayda Barselona küçələrində keçirilən qeyd etmələrə Yamal klub avtobusunun üzərindən Fələstin bayrağı dalğalandıraraq qatılmışdı.
Bunun ardınca İsrailin müdafiə naziri İsrael Kats öz "X" hesabında Lamin Yamalın əsgərləri 7 oktyabrda yəhudi uşaqları, qadınları və yaşlıları qətlə yetirən, təcavüz edən, yandıran və öldürən HƏMAS terror təşkilatı ilə savaşarkən İsrailə qarşı nifrəti körükləməyi seçdiyini yazmışdı.
Nazir həmçinin bu cür mesajı dəstəkləyən hər kəsin özünə bunun insani bir davranış olub-olmaması və mənəvi tərəfi barədə sual verməli olduğunu ifadə etmişdi.



