Estoniya hava məkanına daxil olan PUA-nı NATO qırıcısı vurdu
Estoniyanın müdafiə naziri Hanno Pevkur Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) Vortsjarv gölü üzərində NATO-nun döyüş təyyarəsi tərəfindən vurulduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, müdafiə naziri Pevkur Estoniyanın ictimai yayımçısı ERR-yə verdiyi açıqlamada Estoniya hava məkanına daxil olan PUA-nın vurulduğu barədə məlumat verib.
Latviya rəsmilərindən əvvəlcədən məlumat aldıqlarını ifadə edən Pevkur "Radarlarımız Estoniyanın cənubuna doğru hərəkət edən bir PUA aşkar etdi. Lazımi tədbirləri işə saldıq və Baltikyanı ölkələrin hava polisi missiyasında olan bir NATO döyüş təyyarəsi PUA-nı vurdu" deyə bildirib.
Pevkur hadisənin Vortsjarv gölü üzərində bir yerdə baş verdiyini qeyd edərək, Estoniya qurumlarının hadisə yerinə getdiyini və çatdıqları zaman vəziyyəti dəqiqləşdirəcəklərini dilə gətirib.
Hanno Pevkur Estoniya hava məkanında başqa icazəsiz PUA aşkar edilmədiyini vurğulayıb.
Poltsamaa bələdiyyəsinin sədri Taavi Aas sözügedən PUA-nın Poltsamaa yaxınlığındakı Kablaküla kəndi yaxınlığındakı bir tarlaya düşdüyünü və hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb.

