Böyük Britaniyada əsas ərzaq məhsullarının qiymətləri dondurula bilər


Böyük Britaniyanın Maliyyə Nazirliyi supermarketlərə təzyiq göstərərək onları çörək, yumurta, süd kimi ilkin tələbat mallarının qiymətlərinə könüllü məhdudiyyətlər qoymağa çağırır.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, bunun müqabilində Leyboristlər Partiyasının üzvlərindən təşkil olunmuş hökumət qablaşdırma üzrə bir sıra tələbləri və mağaza piştaxtalarında zərərli qidaların çeşidlərinə qoyulan məhdudiyyətləri yumşaltmağa söz verir.

Məqalədə qeyd olunur ki, rəsmilər bu cür güzəştlərdən qənaət edilən vəsaitlərin ərzaq bahalaşması fonunda əsas məhsulların qiymətlərinə nəzarətə yönəldilə biləcəyini qeyd edirlər. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, supermarket şəbəkələrinin rəhbərləri bu təklifə olduqca mənfi reaksiya veriblər. Oxşar addımı planlaşdıran Şotlandiyanın ərzaq pərakəndə satıcılarının nümayəndələri bu ideyanı 1970-ci illərin üslubunda olan fəndlər adlandırıblar. Həmin dövrdə yüksək inflyasiya və neft böhranı səbəbindən hökumət bir sıra məhsulların qiymətlərinə nəzarət tədbirləri tətbiq etsə də, yekunda bu addımlar uğursuz sayılaraq ləğv edilmişdi.

Aprel ayının nəticələrinə görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda Böyük Britaniyada ərzaq inflyasiyası 3,7 faizə yüksəlib və bu, krallıqda qiymətlərin artmasına səbəb olub. RAC avtomobil şirkətinin mayın 19-da verdiyi məlumata görə, ölkədə benzinin orta qiyməti münaqişə başlayandan bəri yeni rekord vurub – bir litr qurğuşunsuz benzinin qiyməti 1,5852 funt sterlinq (2,12 dollar) təşkil edir, halbuki fevralın 28-nə qədər bu qiymət 1,32 funt sterlinq (1,77 dollar) idi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu