Admiral Kuper: SEPAH hələ də İranın idarə olunmasında mühüm qüvvədir


ABŞ-ın Yaxın Şərqdəki Silahlı Qüvvələrinin komandanı, admiral Bred Kuper İranın hərbi potensialının kəskin şəkildə azaldığını bildirsə də, rəsmi Tehranın gəmiçiliyə yalnız ritorika vasitəsilə təsir göstərmək imkanında olduğunu iddia edib.

AFN.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, admiral İranın səsinin çox yüksək çıxdığını və bu təhdidlərin sənaye, eləcə də sığorta sahəsindəki ticarətçilər tərəfindən aydın şəkildə eşidildiyini vurğulayıb. Kuper həmçinin ABŞ hərbçilərinin gözlənilməz hallar üçün geniş imkanlar spektrinə malik olduğunu və gəmiləri Hörmüz boğazından müşayiət etmək qabiliyyətini qoruyub saxladığını bəyan edib.

Bununla belə, o, hazırkı "həssas danışıqlar dövründə" irəliyə doğru ən yaxşı yolun siyasətçilərdən asılı olduğunu hesab edir. Komandan əlavə edib ki, ABŞ ordusunun İranın silahlı qüvvələrinə vurduğu zərər və dağıntılara baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hələ də ölkənin idarə edilməsində mühüm bir qüvvə olaraq qalmaqdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu