Karakasda ABŞ hərbi təlimi etirazlarla qarşılandı


Karakasda ABŞ Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlim yerli sakinlərin etirazı ilə qarşılanıb.

AFN.az “Associated Press”ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda dəniz piyadaları və “Osprey” hərbi aparatlarının iştirakı ilə çevik reaksiya təlimi keçirilib.

Təlim ABŞ-ın yeni açılmış səfirliyi ərazisində baş tutub və bu addım şəhər sakinləri arasında narazılıq yaradıb. Karakasın müxtəlif bölgələrində toplaşan onlarla insan “Amerikalıların təlimlərinə yox” şüarı ilə etiraz aksiyası keçirib.

Venesuela Xarici İşlər naziri İvan Xil isə təlimlərin humanitar yardım və fövqəladə hallara hazırlıq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər son aylarda yenidən bərpa olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu