Pentaqon rəhbəri Vest-Point məzunları qarşısında çıxışında Trampı təqlid edib
ABŞ-ın müdafiə naziri Pit Heqset Vest-Point hərbi akademiyasının məzunları qarşısında çıxış edərək ölkədə “ideologiyalaşdırılmış ordu” dövrünün başa çatdığını bildirib.
AFN.az “Daily Mail”ə istinadən xəbər verir ki, çıxışının əvvəlində nazir ABŞ Prezidenti Donald Trampın danışıq tərzini təqlid edərək zarafat edib.
Heqset Tramp üslubunda çıxış edərək nizam-intizam qaydalarını pozan kadetlərin “tam və mütləq əfv olunduğunu” elan edib. Onun bu zarafatı zalda gülüş və alqışlarla qarşılanıb.
