MKİ-də qızıl oğurluğu skandalı
ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş yüksəkrütbəli rəsmisi hökumətə məxsus, dəyəri 40 milyon dollardan çox olan 300-dən artıq qızıl külçəni oğurlamaqda ittiham olunaraq nəzarətə alınıb.
AFN.az xəbər verir ki, Virciniya federal məhkəməsinin qeydlərinə görə, Devid Raş adlı keçmiş MKİ rəsmisinə qarşı ötən həftə "dövlət vəsaitini mənimsəmə" ittihamı irəli sürülüb.
Məhkəmə sənədlərində Raşın iş fəaliyyəti ilə bağlı xərclər üçün böyük məbləğdə xarici valyuta, eləcə də on milyonlarla dollar dəyərində qızıl külçələr tələb etdiyi və aldığı qeyd olunub.
Keçmiş kəşfiyyatçının dövlətə məxsus bu aktivləri şəxsi məqsədləri üçün mənimsədiyi bildirilir.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalar davam edir.

