İsrail Livanla sərhəddə təhlükəsizlik tədbirlərini sərtləşdirib: məktəblər bağlanıb


İsrailin Arxa Cəbhə Komandanlığı Livanla həmsərhəd olan şimal bölgələrində təhlükəsizlik tədbirlərini və məhdudiyyətləri gücləndirib.

AFN.az "Times of Israel" qəzetinə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Kiryat-Şmona, Meron, Safsufa, Beyt-Can və Sde-Eliezer daxil olmaqla bir sıra sərhədyanı yaşayış məntəqələrində tədris prosesi tamamilə dayandırılıb. Yuxarı Qaliley və Qolan təpələrinin şimalında (Katsrin və Kidmat-Tsvi şəhərlərində) isə məktəblərin fəaliyyətinə yalnız yaxınlıqda sığınacaq olduğu təqdirdə icazə verilib.

Bundan əlavə, regionda kütləvi toplantılara məhdudiyyət qoyulub (açıq havada maksimum 50, qapalı məkanda 200 nəfər) və çimərliklər bağlanıb. Müəssisələr isə yalnız sığınacaqlara çıxış təmin edildiyi təqdirdə fəaliyyətini davam etdirə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu