ABŞ-ın Ayova ştatındakı silahlı hücumlarda 6 nəfər öldü



ABŞ-ın Ayova ştatında ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal edilən silahlı hücumlarda 6 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, "ABC News"un məlumatına görə, ştat polisi Maskatin şəhərində iki ev və bir iş yerində törədilən silahlı hücumla bağlı bəyanat yayıb.

Polis adı Rayan Uillis Makfarland olaraq açıqlanan şübhəlinin şəhərdəki evlərdən birində əvvəlcə 4 nəfəri öldürdüyünü, ardından Missisipi çayının sahilindəki cığıra doğru getdiyini ifadə edib.

Hadisəni araşdıran polis digər qurbanların da olduğunu müəyyən edərək biri fərqli evdə, digəri isə yaxınlıqdakı iş yerində olmaqla daha 2 nəfərin cəsədini tapdığını bildirib.

Maskatin Polis Departamentindən də hücumlarla bağlı edilən açıqlamada ilkin tapıntıların silahlı hücumların ailədaxili münaqişədən qaynaqlandığını göstərdiyi və bütün qurbanların həyatını itirən şübhəlinin ailə üzvləri olduğuna şübhə edildiyi bildirilib.

Qətllərlə bağlı araşdırmaların davam etdiyi bildirilən bəyanatda şübhəlinin çay kənarında intihar etdiyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu