Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqton və Tehran arasında əldə olunacaq istənilən razılaşmanı qəbul etmək məcburiyyətindədir.
AFN.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Böyük Britaniyanın "Financial Times" qəzetinə verdiyi müsahibəsində bildirib.
"Onun başqa seçimi olmayacaq. Qərarları mən qəbul edirəm. Bütün qərarları mən verirəm, o yox", - deyə amerikalı lider vurğulayıb.
