Tramp azalan raket ehtiyatlarına qarşı müdafiə sənayesi rəsmiləri ilə görüşəcək



ABŞ Prezidenti Donald Trampın azalan raket ehtiyatlarına qarşı bu həftə müdafiə sənayesi rəhbərləri ilə görüşməyə hazırlaşdığı iddia edilib.

AFN.az xəbər verir ki, "NBC News" telekanalının məsələdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ İsrail ilə birlikdə İrana təşkil etdiyi hücumlarla başlayan müharibə səbəbindən azalan raket ehtiyatını genişləndirmək yollarını axtarır.

Adları açıqlanmayan mənbələr Trampın azalan ehtiyatlara görə məsləhətçilərinə və müttəfiqlərinə qarşı qəzəbini ifadə etdiyini irəli sürüblər.

Müdafiə sənayesindən 7 şirkət rəhbərinin bu həftə Tramp ilə görüşməyə hazırlaşdığını deyən mənbələr Trampın toplantıda silah istehsalını sürətlə artırmağın yollarını tapmaq barədə təzyiq göstərəcəyini iddia ediblər.

Mənbələrdən biri Trampın ehtiyatların azlığından duyduğu məyusluq səbəbindən görüşün xoşagəlməz keçəcəyini gözlədiklərini qeyd edib.

Digər tərəfdən, bir Ağ Ev rəsmisinin kanala verdiyi açıqlamada isə Trampın iş qrafikində hazırda müdafiə şirkətlərinin rəhbərləri ilə görüşün nəzərdə tutulmadığı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu