ABŞ və İran arasında mesaj mübadiləsi mürəkkəb sxemlə aparılır -media


Vaşinqton və Tehran silahlı münaqişənin nizamlanması üçün Pakistan vasitəçiləri və xüsusi kuryerlərdən istifadə etməklə dolayısı diplomatik yollarla danışıqlar aparır.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin qiymətləndirməsinə görə, bu proses real müzakirələrdən daha çox mesajların ötürülməsinin günlərlə vaxt apardığı "ağır bir mexanizm" təşkil edir. Bildirilir ki, ABŞ-ın təklifləri İranın ali rəhbəri Ayətullah Müctəba Xameneinin olduğu yeri gizli saxlamaq məqsədilə xüsusi kuryerlər vasitəsilə çatdırılır. Mesajları qəbul edib İrana ötürən Pakistan vasitəçiləri ilə yanaşı, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın XİN başçısı Abbas Araqçi arasında birbaşa əlaqə kanalının da qorunduğu qeyd olunur.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İlə razılaşmanın əsas bəndlərinin prosesə cəlb olunmuş bütün tərəflər tərəfindən bəyənildiyini, lakin sənəd tam imzalanana qədər İrana qarşı dəniz blokadasının qüvvədə qalacağını açıxlamaşdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu