Hörmüzdə ticarət gəmiçiliyi bir neçə aydan sonra bərpa olunacaq - media


ABŞ və İran arasında sazişin imzalanmasından sonra Hörmüz boğazında ticarət gəmiçiliyinin tam bərpası bir neçə ay çəkə bilər.

AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ekspertlərin rəylərinə istinadən məlumat yayıb. Təhlilçilər xəbərdarlıq edirlər ki, gəmi sahibləri, sığorta şirkətləri və neft emalı zavodları arasında etimadın yenidən qazanılması vaxt aparacaq və bu səbəbdən "müharibədən əvvəlki yükdaşıma həcmlərinə dərhal qayıdış" real görünmür. Çikaqonun "Karobaar Capital LP" şirkətinin investisiya direktoru Haris Xurşid qeyd edib ki, boğazın açılması ilə ticarət axınının normallaşması tam fərqli anlayışlardır, çünki bir çox alıcı artıq alternativ marşrutlara uyğunlaşıb. "Saxo Markets"in baş investisiya strateqi Çaru Çanana isə minalardan təmizləmə, sığorta xərcləri və limanların həddən artıq yüklənməsi kimi amillərin neft axınını ləngidəcəyini vurğulayıb.

Xatırladaq ki, İranın "Mehr" agentliyi ABŞ-İran sazişi imzalandığı gündən etibarən 30 gün ərzində Hörmüz boğazının tam açılacağını və Vaşinqtonun dəniz blokadasını qaldıracağını iddia etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu