Rusiya: Ukraynaya məxsus 170-dən çox PUA-nı Moskva daxil olmaqla müxtəlif bölgələr üzərində vurduq



Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 170-dən çox pilotsuz uçuş aparatını (PUA) Moskva daxil olmaqla ölkənin müxtəlif bölgələri üzərində zərərsizləşdirdiklərini bəyan edib.

AFN.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Ukrayna ordusunun gecə saatlarında Rusiya ərazilərinə PUA-larla hücum təşkil etdiyi bildirilib.

Dünən yerli vaxtla saat 20:00-dan bu gün saat 07:00-a qədər Ukraynaya məxsus 172 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilən məlumatda bu aparatların Moskva da daxil olmaqla müxtəlif vilayətlər, həmçinin Azov və Qara dəniz suları üzərində vurulduğu ifadə edilib.

Rusiyanın Krasnodar diyarının Operativ Qərargahından verilən digər bir açıqlamada isə vurulan PUA parçalarının yerə düşməsi nəticəsində bölgədəki neft terminalında yanğın başladığı barədə məlumat paylaşılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu