Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçə bilməyəcək
Bir sıra Avropa ölkələri ABŞ kontingentinin Avropada yerləşdirilməsinin səmərəliliyinin artırılmasına yönəlmiş Pentaqonun yoxlamasından keçə bilməyəcək.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Pit Heqset Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.
"Bu, elə bir yoxlamadır ki, bəzi ölkələr uğursuzluğa düçar olacaq, digərləri isə ondan uğurla keçəcək. Nəticə etibarilə bu baxış həm ABŞ qoşunlarının dislokasiyasını yaxşılaşdırmaq, həm də "NATO 3.0" platformasını gücləndirmək məqsədi daşıyır", – deyə nazir bildirib. O qeyd edib ki, ABŞ və Avropa komandanlıqlarının təklifləri nəzərə alınmaqla aparılacaq bu yoxlama prosesi yarım il davam edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fəaliyyətindən narazı qaldığı alyansdan çıxmaqla hədələyərək avropalı tərəfdaşlardan öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımalarını tələb edir.

