“Qarabağ”ın bir oyunu ləğv edildi: səbəb rəqib olma ehtimalıdır


Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

Bu barədə Sofiya təmsilçisinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, iyunun 27-də Avstriyada “Qarabağ”a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.

Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu