Fransada isti hava xəbərdarlığı: 53 vilayətdə narıncı həyəcan siqnalı verilib



İsti hava dalğasının təsiri altında olan Fransada 53 vilayətdə həyəcan səviyyəsi narıncıya qaldırılıb.

AFN.az xəbər verir ki, Fransa Meteorologiya Agentliyinin ("Meteo-France") yaydığı bəyanatda 21-23 iyun tarixlərində ölkədə rekord səviyyədə hava temperaturunun qeydə alına biləcəyi bildirilib.

Ölkə vilayətlərinin yarısından çoxunu təşkil edən 53 bölgədə təhlükə səviyyəsinin narıncıya yüksəldildiyi qeyd olunan açıqlamada "Meteo-France" isti hava şəraitinə qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.

Yerli mətbuatda dərc olunan xəbərlərə görə, yüksək temperatur səbəbindən Sena və Marna, Jironda, Sart və Şaranta-Maritim vilayətlərində bələdiyyələr tərəfindən təşkil olunan musiqi festivalları da ləğv edilib.

Bundan əlavə, Puatye şəhərindəki bəzi universitetlərdə keçirilməsi planlaşdırılan şifahi imtahanlar hava şəraiti əsas gətirilərək təxirə salınıb.

Daxili İşlər Nazirliyi də isti havadan qorunmaq üçün alına biləcək tədbirlərlə bağlı əhaliyə xidmət göstərəcək ödənişsiz məsləhət xətti yaradıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu