ÜST: KDC-də Ebola epidemiyasında vəziyyət ciddiliyini qoruyur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika Regional Ofisinin Fövqəladə Hallar üzrə direktoru Mari-Rozlin Belizair Konqo Demokratik Respublikasında (KDC) Ebola epidemiyasının elan edilməsindən bir ay keçməsinə baxmayaraq, vəziyyətin ciddiliyini qoruduğunu bildirib.
AFN.az xəbər verir ki, Belizair Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransına onlayn qatılaraq, Ebola epidemiyasının qeydə alındığı KDC-dəki vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.
"KDC-də epidemiyanın elan olunmasından bir ay keçməsinə rəğmən vəziyyət ciddiliyini qoruyur və epidemiya yayılmağa davam edir" ifadələrini işlədən Belizair yoluxma hallarının bir çox bölgədə qeydə alınmaqda davam etdiyini diqqətə çatdırıb.
Belizair yeni yoluxma hallarının müdaxilə səylərinin davam etdirilməsi və sürətləndirilməsi ehtiyacını vurduğuna işarə edərək, "KDC-də indiyə qədər 3 vilayətdə yerləşən 33 səhiyyə bölgəsindən 896 təsdiqlənmiş yoluxma və 232 ölüm halı bildirilib, Uqandada isə son 12 gündür yeni yoluxma halı qeydə almayıb" deyib.
ÜST-ün KDC hökumətinə dəstək verdiyini və müdaxilənin bütün mərhələlərində tərəfdaşlarla birlikdə çalışdığını ifadə edən Belizair, təşkilatın 115-dən çox ekspertinin müxtəlif müdaxilə mərhələlərinə dəstək məqsədilə epidemiyadan zərər çəkmiş vilayətlərə və səhiyyə bölgələrinə ezam olunduğunu bildirib.
Belizair epidemiya genişləndikcə operativ tələblərin də artdığını, bunun isə daimi maliyyələşmə və dəstəyə olan ehtiyacı gücləndirdiyini vurğulayıb.
Bəzi yüksək riskli bölgələrdə əraziyə daxilolma məhdudiyyətlərinin operativ fəaliyyətləri məhdudlaşdırdığını qeyd edən Belizair epidemiyanın ciddi olaraq qalmağa və yayılmağa davam etdiyini, Ebolanın ötürülməsini dayandırmaq üçün nəyin effektiv olduğunu bildiklərini və ortaq vəzifələrinin bu epidemiyanı nəzarət altına almaq üçün lazımi sürət və miqyasda bu tədbirləri tətbiq etməyə davam etmək olduğunu sözlərinə əlavə edib.
