Salvador hakimiyyəti Sakit okeanda 6 tondan çox kokain müsadirə edib


Salvador hüquq-mühafizə orqanları Sakit okean sularında daşınan 6 tondan çox kokain aşkar edərək müsadirə edib.

AFN.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Naib Bukele məlumat yayıb.

Onun sözlərinə görə, narkotik maddələr ölkənin Hərbi Dəniz Qüvvələri tərəfindən iki ayrı gəmidə aşkarlanıb. Gəmilərin hər birində təxminən eyni miqdarda kokain yükü və 3 heyət üzvü olub.

Müsadirə edilən partiyanın ümumi dəyəri təxminən 167 milyon dollar dəyərində qiymətləndirilir. Bukele bu əməliyyatı ölkə tarixi üçün "yeni milli rekord" adlandırıb. Əməliyyat zamanı ümumilikdə 6 nəfər saxlanılıb.

"Biz əvvəllər narkotik alverçilərinin demək olar ki, cəzasızlıq şəraitində fəaliyyət göstərdiyi zonalarda narkotik ticarətinə qarşı müharibəni davam etdiririk", – deyə Salvador prezidenti "X" sosial şəbəkəsində qeyd edib.

Bukelenin təqdim etdiyi statistikaya əsasən, cari ilin əvvəlindən bəri Salvadorda artıq ümumi dəyəri təxminən 332 milyon dollar olan 13 tondan çox kokain müsadirə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu