İsveçrə XİN: Bürgenstokda ABŞ və İran arasında danışıqlar bütün gecəni davam edib


ABŞ-İran qarşılıqlı anlaşma memorandumunun icrası ilə bağlı Bürgenstokda ABŞ, İran və vasitəçilər arasında intensiv danışıqlar bütün gecə boyu davam edib.

AFN.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

"İsveçrəli koordinator iyunun 21-dən 22-nə keçən gecə Bürgenstokda vasitəçilər, İran və ABŞ arasında aparılan intensiv diplomatik danışıqlar zamanı əldə olunmuş konstruktiv tərəqqini alqışlayır", – deyə açıqlamada qeyd olunub. Bern rəhbərliyi özünün ənənəvi xoşməramlı xidmətlər missiyasına uyğun olaraq, bu prosesi dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu