Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı


Yanvar-may ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilib.

AFN.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında bildirilib.

Qeyd olunub ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin növləri üzrə bölgüsü aşağıdakı kimidir:

- 3 ton 664 kq 289,559 qramını marixuana,
- 212 kq 587,146 qramını heroin,
- 88 kq 128,798 qramını tiryək,
- 214 kq 243,147 qramını həşiş,
- 7 kq 937,74 qramını digər narkotik vasitələr,
- 76 kq 346,71 qramını isə psixotrop maddələr təşkil edib.

Bunlarla yanaşı, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı 4486 ədəd metadon həbi, 3660 ədəd çətənə bitkisi29 həb psixotrop maddə aşkar edilərək dövriyyədən götürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu