"X" sosial şəbəkəsinin işində nasazlıq yaranıb
Dünyanın müxtəlif ölkələrindən olan istifadəçilər "X" sosial şəbəkəsinin işində kütləvi nasazlıqların olduğunu bildiriblər.
AFN.az xəbər verir ki, bu barədə iyunun 22-də "Downdetector" portalının yaydığı məlumatlarda deyilir.
Problemlər Bakı vaxtı ilə saat 17:33-dən sonra başlamağa başlayıb.
Ən çox şikayət ABŞ-dan daxil olub ki, burada narazı istifadəçilərin sayı 35 mini ötüb.
Nasazlıqlarla bağlı həmçinin Kanada, Braziliya, Meksika, Böyük Britaniya, Almaniya, Niderland, Fransa, Yaponiya, Malayziya və bir sıra digər ölkələrdən də məlumatlar daxil olur.
İstifadəçilərin əksəriyyəti mobil tətbiqin, veb-saytın işindən və xəbər lentinin yenilənməməsindən şikayətlənirlər.
"Downdetector"un məlumatına görə, eyni zamanda "Canva", "Microsoft Teams", "Discord", "Amazon Web Services" və "Cloudflare" servislərinin də işində oxşar nasazlıqlar müşahidə olunub.





