"Samsung" Cənubi Koreyanın ən dəyərli şirkəti statusunu itirdi
"SK Hynix" şirkəti "Samsung Electronics"i geridə qoyaraq Cənubi Koreyanın ən dəyərli şirkətinə çevrilib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Təxminən iyirmi il əvvəl müflisləşmək ərəfəsində olan bu mikrosxem istehsalçısı qlobal süni intellekt bumu sayəsində ən böyük mənfəət əldə edən şirkətlərdən biri olub.
Bu amil şirkətin səhmlərinin 2026-cı ildə 340 faizdən çox artmasını təmin edib və onun bazar kapitallaşmasını 2 080,4 trilyon vona (1,35 trilyon dollar) çatdırıb.
Agentlik vurğulayıb ki, süni intellekt qlobal yarımkeçirici sənayesini kökündən dəyişərək ixtisaslaşdırılmış yaddaş mikrosxemlərini adi gəlir gətirən mallardan "ChatGPT" və digər qabaqcıl süni intellekt modellərinin işini təmin edən infrastrukturun ən mühüm komponentlərinə çevirib.
Qeyd edək ki, iyunun əvvəlində "Samsung Electronics" kapitallaşma göstəricisinə görə qlobal miqyasda ilk onluğa daxil olaraq ilk dəfə dünya bazarının liderləri sırasında yer almışdı.



